Kriminal

SON DƏQİQƏ: Bakıda kriminal aləmə yaxın şəxslər arasında kütləvi dava – yaralılar var

SON DƏQİQƏ: Bakıda kriminal aləmə yaxın şəxslər arasında kütləvi dava – yaralılar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 10-u günorta saatlarında Binəqədi rayonunda kütləvi dava baş verib.

Veteninfo.az-ın məlumatına görə, hadisə rayonun R.Allahverdiyev küçəsində qeydə alınıb.

Belə ki, Adəm Haqverdiyev, onun qardaşı Zaqil Haqverdiyev və qonşuluqda yaşayan Emin Nəzərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların küçədəki kütləvi dava-dalaş zamanı bıçaqlandığı məlum olub.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Faktla bağlı cinayət işi başlanılıb.