Rusiyanın Ukraynada irəlilədiyi bir vaxtda Pentaqonun yüksək səviyyəli rəsmisi ABŞ Prezidenti Co Baydenin göstərişi ilə Almaniyaya əlavə 7 min əsgər göndərəcəklərini açıqlayıb.
Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Silahlı Qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, NATO müttəfiqlərimizi müdafiə etmək və şərqdəki müttəfiqlərimizə güvən vermək üçün gedir”, – məlumatda bildirilir.