Cəmiyyət

Son sutkada daha 36 min nəfər peyvənd olundu

Son sutkada daha 36 min nəfər peyvənd olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 36758 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 25158 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 11600 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1961563 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1115044 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 846519 nəfərdir.