Ölkə

Soydaşlarımız Fransa əleyhinə kampaniya keçirdi

Soydaşlarımız Fransa əleyhinə kampaniya keçirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada yaşayan azərbaycanlılar Fransa Milli Assambleyası tərəfindən 28 noyabr 2022-ci il tarixində Azərbaycan əleyhinə müzakirəyə çıxarılacaq qətnamə layihəsinin təşəbbüskarı olan rəsmilərə qarşı sosial şəbəkələrdə kampaniyaya start verib.

“7Times.az” xəbər verir ki, Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə Avropada yaşayan soydaşlarımız tərəfindən sosial şəbəkələrdə #StopHypocrisy (Riyakarlığa son!) Le Karabagh, c’est l’Azerbaïdjan!, #StopHypocrisy ,@AssembleeNat @Nicolas_Pacquot @SoPanonacle,  @AstridPanosyan, @XavierRoseren, @JF_Rousset2, @ph_sorez @sorre_depute həştəqləri ilə kampaniya keçirilib.

Kampaniya Ermənistanın 30 ildir Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinə, vandallıq, soyqırım, müharibə və hərbi cinayətlərə, kütləvi məzarlıqlar, terror və mina məsələlərinə, ekologiyaya ziyan vurulması, torpaqların yandırılması və nadir ağacların kəsilməsinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədi daşıyıb.