“Parlamentin əsas funksiyalarından biri də təmsilçiliklə bağlıdır. Milli Məclisə seçilmiş deputatlar öz seçicilərinin maraqlarını təmsil və müdafiə etməlidir. Onlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdır”.
7times.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, insanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlar qarşısında qoyulan ən mühüm vəzifələrdən biridir:
“Bununla yanaşı, ictimai təşəbbüslər və çağırışlar qanun yaratma prosesində nəzərə alınmalıdır”.
Follow @7timesaz