Dünya

Şri-Lankada komendant saatı tətbiq edilib

Şri-Lankada komendant saatı tətbiq edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şri-Lanka hökuməti aprelin 4-dək adada qüvvədə olacaq komendant saatı tətbiq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət xəbər portalında dərc olunan press-relizdə deyilir.
Xatırladaq ki, aprelin 1-i axşam saatlarında hökumət iqtisadi böhranın yaratdığı iğtişaşlarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Respublikanın silahlı qüvvələri iğtişaş törətməkdə şübhəli bilinən şəxsləri həbs etmək üçün geniş səlahiyyətlərə malikdir.
Martın 31-də yüzlərlə nümayişçi ölkədə ərzaq, yanacaq və dərman çatışmazlığına etiraz etmək məqsədilə ölkə prezidenti Qotabai Racapaksanın evinə soxulmağa cəhd edib.