Məşhur türk aktrisası Demet Özdemir fotoları ilə gündəm olub.
“Adım Farah” serialının sezon finalını tamamlayan aktrisa istirahətə yollanıb.
Rəfiqələri ilə tətildə olan və tez-tez İnstaqram hesabında paylaşımlar edən Demet ağ bikinisi ilə hovuza girərək suyun altında pozalar verib. Həmin anları İnstaqram hesabında yayımlayan aktrisa “Nəfəs al” qeydini yazıb.
Demet Özdemirin paylaşımına Şahika Errcümen, Bora Cengiz, Selin Ciğerci və Yasemin Şefkatlıdan şərh gəlib, 620 mindən çox bəyənmə gəlib.
Qeyd edək ki, Demet Özdemir keçən ilin avqustunda aktyor, müğənni Oğuzhan Koçla ailə həyatı qurub.
8 ay evli qalan cütlük ötən ay boşanıb..
referans.