Ölkə

Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks-vəkil Sevil Hacıyeva bаrəsində Qərаrı: 6 AY ELEKTRON QOLBAQ TAXACAQ

Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks-vəkil Sevil Hacıyeva bаrəsində Qərаrı: 6 AY ELEKTRON QOLBAQ TAXACAQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qalmaqallı keçmiş vəkil Sevil Hacıyeva  barəsində daha bir məhkəmə qərarı olub. Arazpress.com-a daxil olan məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası avqustun 8-ində təqsirləndirilən şəxs Sevil Balasoltan qızı Hacıyevanın və zərərçəkmişin iştirakı ilə apellyasiya şikayətinə baxıb.

Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 may, 2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Qərara alıb:

“Hacıyeva Sevil  Balasoltan qızı zərərçəkmiş şəxsə qarşı törətdiyi əməl üzrə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Qalan hissədə hökm dəyişdirilmədən saxlanılsın”.

REDAKSİYADAN:

Vəkillər Kollegiyasının İntizam  Komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində Sevil Hacıyevanın əməllərində  pozuntular müəyyən edilib və  məhkəmənin qərarı ilə 2020-ci ildə Sevil Hacıyevanın vəkillik fəaliyyətinə xitam verilib. İndi, o, 6 ay elektron qolbaqda gəzəcək.