Ölkə

Sumqayıt yolunda 5 maşın vuran sürücü: “Həmin gün 1 konfet yeyib yola düşmüşəm” (VİDEO)

Sumqayıt yolunda 5 maşın vuran sürücü: “Həmin gün 1 konfet yeyib yola düşmüşəm” (VİDEO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran sürücü hadisənin necə baş verdiyi barədə məlumat verib.

Baku TV-yə açıqlama verən sürücü Elməddin Abbasov meyvə alveri ilə məşğul olduğunu deyib:

“2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Məndə şəkər qalxıb-düşür. Ona görə də cibimdə həmişə konfet gəzdirirəm. Hadisə günü “Meyvəli” bazarında işimlə əlaqədar çıxandan sonra bir konfet yeyib yola düşmüşəm. 6-cı mikrorayona getməli idim, gedib çıxmışam Sumqayıta. Sosial şəbəkələrdə bilib bilmədən danışanlara demək istəyirəm ki, şəkər xəstəsiyəm və komada olmuşam”.

Sürücü onu da əlavə edib ki, işi maşınla meyvə alıb-satmaqdır:

“Bugünə qədər belə bir problem yaşamamışdım. Ailəmi uşaqlarımı bu iş sayəsində dolandırıram”.