Ölkə

Sumqayıtda sahibsiz itlər insanlara hücum edir – Video

Sumqayıtda sahibsiz itlər insanlara hücum edir – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər sakinləri ərazidə sahibsiz itlərə nəzarət olunmamasından şikayətçidir.

Sakinlər 7Times.az-a daxil olan müraciətlərində bildiriblər ki, yerli icra tərəfindən bir neçə ay əvvəl məsələnin həll olunacağı deyilsə də, problem hələ də qalmaqdadır.

Şikayətçilərin sözlərinə görə, əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdu. Ancaq indi həm də gündüz vaxtı itlərin bir-birinə və gəlib-gedən insanlara hürüşməsindən sakitlik yoxdur. Üstəlik, ərazidəki sahibsiz itlər insanlara xəsarət yetirir. Hətta bir azyaşlı itdən qorxduğundan, digəri isə it tutmasından həyatını itirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən problemlə bağlı 7Times.az-a bildirilib ki, sözügedən məsələ ilə bağlı artıq tapşırıq verilib:

“Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir. Şəhər ərazisində sahibsiz itlərin yarada biləcəyi təhlükə nəzərə alınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib”.

7Times.az