Cəmiyyət

“Super qrip” gəlir – Simptomları açıqlandı

“Super qrip” gəlir – Simptomları açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada son günlər qripə bənzər soyuqdəymə xəstəliyi kütləvi şəkildə yayılıb.

7times” “Hürriyet”ə istinadən xəbər verir ki, “Super qrip” adlandırılan bu xəstəlik koronavirusa bənzər simptomlara malikdir. Lakin  xəstələr PCR test  verdikdə, cavab mənfi çıxır.
Hazırda ən çox İngiltərədə yayılan bu xəstəliyin əsas simptomları soyuqdəymə və qriplə də oxşarlıq təşkil edir. Öskürək, boğaz ağrısı, yorğunluq, dad və qoxu duyğularının itməsi halları müşahidə edilir. Hətta bəzi xəstələr günlərcə yataqdan çıxa bilmirlər.
Bildirilir ki, sözügedən xəstəliyə yoluxanlar arasında 15-44 yaş aralığındakılar üstünlük təşkil edir.
Kardiff Universitetinin direktoru professor Ronald Ekkls hazırda yayılmağa davam edən bu virusun respirator sinsitial virus (RSV) olduğunu düşünür. Bu virus 2 yaşdan az uşaqlarda və yaşlılarda daha ciddi xəstəliklərə səbəb ola bilir. Professorun sözlərinə görə, aylardır davam edən karantin rejimi insanların soyuqdəyməyə səbəb olan viruslara qarşı immunitetini azaldıb. O, “RSV”-nin koronavirusdan daha yoluxucu olduğunu vurğulayıb./Sfera.az