Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-Prisi ilə bağlı iyun ayının 6-dan etibarən Azneft dairəsi bağlanacaq.
7Times.az xəbər verir ki, bu müddət ərzində sürücülər alternativ yollardan istifadə edə biləəklər.
Qeyd edək ki, yarış ilə bağlı tamamlanma işləri yekunlaşıb. Ərazidə tamaşaçılar üçün 9 tribuna quraşdırılıb ki, onlardan ən irisi “Abşeron” adlanır.
“Formula 1” Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.
Follow @7timesaz