Ölkə

Şuşada aksiya: ictimai fəallar Laçın yolunu bağladılar – YENİLƏNİB

Şuşada aksiya: ictimai fəallar Laçın yolunu bağladılar – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalı Şuşa şəhərinin girişində – Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirir.

7Times.az xəbər verir ki, aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır.

Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər.

Aksiyada iştirak edən “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri, jurnalist Niyaz Niftiyev 7Times.az-a bildirib ki, hazırda ərazidə çadırlar qurulub:

“Aksiya QHT nümayəndələri tərəfindən təşkil olunub. Biz Xankəndi-Laçın yolunu bağlamışıq. Üç ədəd çadır qurulub. Məqsəd ekoloji terrorun dayandırılmasıdır. Azərbaycanın iki mühüm qızıl yatağını ermənilər istismar edirlər. Bizim dövlət qurumlarının monitorinq aparılmasını icazə verilmir. Təəssüf ki, sülhməramlılar da ermənilər tərəfindən çıxış edirlər. Buna görə də, biz sülhməramlı qüvvələrin komandanı Andrey Volkovun əraziyə çağrılmasına və tələblərimizin qəbul edilməsinə qədər aksiyanı davam etdirəcəyik.Şüarlarımız əsasən ekoloji terrorun dayandırılmasına yönəlib”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri bir neçə gün öncə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı monitorinq keçirmək istəsələr də, erməni təxribatı   nəticəsində bu baş tutmayıb. Sülhməramlıların Azərbaycana qarşı təxribatlara göz yumması haqlı olaraq etirazlara səbəb olub.