Ölkə

Tahir Kərimli: “Spirtli içkilər, ət və ət məhsulları sexlərdə hazırlanır, brend ad altında satılır, buna göz yuman məmurlar isə…”

Tahir Kərimli: “Spirtli içkilər, ət və ət məhsulları sexlərdə hazırlanır, brend ad altında satılır, buna göz yuman məmurlar isə…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sovet dövründə nisbətən nəzarət var idi, kolbasalar at, eşşək ətindən, kağızdan hazırlanmırdı. İndi isə spirtli içkilər, ət və ət məhsulları, geyimlər – hamısı ölkə daxilində müəyyən sexlərdə hazırlanır, brend ad altında satılır. Keyfiyyətin aşağı olması bir tərəfə, paralel olaraq hamısı bahalaşır. Əlbəttə ki, bu, anomallıq yaradır. İctimai təşkilatlar var, məsələn, Azad İstehlakçılar İctimai Birliyi (AİİB) bu sahədə ciddi fəaliyyət göstərir. Amma açıq deyək, AİİB-nin tək başına gücü çatmır, nə etsin? Axı aidiyyatı dövlət orqanları, müvafiq məsuliyyət məsələləri var. Hazırda daxili bazarda inzibati cəzalar nəzərdə tutula biləcək hallar, Cinayət Məcəlləsində əksini tapan daha böyük cinayət halları mövcuddur. Hüquq-mühafizə orqanları və aidiyyatı qurumlar bu məsələyə nəzarət etməlidirlər. Bu işdə məhkəmə perspektivi olmalıdır. Biz isə nə görürük? Görürük ki, göz yumurlar. Nəyin müqabilində? Onun müqabilində ki, əlbəttə, həmin qurumların nəzarət etdikləri sahələrdə mağaza müdirləri ilə, istehsalçılarla əldirlər. Təbii ki, öz şəxsi mənfəətləri olur, buna görə də göz yumurlar. Əziyyəti isə xalqımız, istehlakçılar çəkir. Ağrılı məsələdir…”

 

Bu sözləri Pravda.az-a açqılamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, hər şeydən əvvəl millətin məmurlarının şüuru yüksək olmalıdır: “Məmurlar öz mənafelərindən çox dövlətin, xalqın mənafeyini düşünməlidirlər. Amma bu, arzu olaraq qalır, həyata keçmir. Hətta buna göz yuman məmurların özləri haqqında da ciddi tədbirlər görmək lazımdır ki, vəzifə borclarını vicdanla yerinə yetirsinlər. Açıq deyirəm, nə qədər incisələr də, əsasən bu hallar müsəlman ölkələrində daha çox olur. Avropa və digər ölkələrdə belə şeylər azdır. Çox ciddi qanunların tətbiqinə və tətbiqi üzərində nəzarətə əhəmiyyət vermək lazımdır. Bu məsələlər ən yüksək səviyyədə ortaya qoyulmalı, nəzarət edilməlidir. Hökumət nəzarəti olmalıdır. Hökumət özü yüksək səviyyədə bu işə göz yuman məmurlara iradlarını bildirməlidir ki, vəzifələrini layiqincə yerinə yetirmirlər”.