Ölkə

Talıbovun yeni görüntüsü: Vəzifədən düşən kimi… – FOTO

Talıbovun yeni görüntüsü: Vəzifədən düşən kimi… – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun kiçik oğlu Seymur Talıbov cəmi bir dəfə görüntülənmiş, Naxçıvan şəhərində çəkilmiş qısa videosu mediada yayılmışdı. Seymur Talıbov bu günlərdə yenidən üzə çıxıb.

7Times.az  tns.az-a istinadən xəbər verir ki, kiçik Talıbovun yaxınları ilə birlikdə çəkdirdiyi fotoşəkil sosial şəbəkələrdə paylaşılıb.

Tanınmış jurnalist Heydər Oğuz həmin fotonu öz sosial şəbəkə hesabında paylaşaraq maraqlı şərh yazıb: “Xan” erası bitməmişdən əvvəl xanzadə Seymur əfəndi hansı məclisdə olursa olsun, həmişə yuxarı başda oturardı. İndi isə onu masanın yan tərəfinə atıblar. Masanın başında isə bacanağı Hümbət və sürücüsü Həsən oturub. Dağıl, ay dünya! Vəzifədən düşən kimi insanı sürücü belə arxa plana keçirir”.

Həmin fotoşəklin necə və nə məqsədlə yayıldığı dəqiq məlum deyil. Güman edilir ki, Seymur Talıbov bununla cəmiyyətə nəsə mesaj ötürmək istəyib.