Cəmiyyət

Tanınmış alim 61 yaşında vəfat etdi

Tanınmış alim 61 yaşında vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış ədəbiyyatşünas alim Cəlal Qasımov vəfat edib.

7times.az xəbər verir ki, filologiya elmləri doktoru, professor 61 yaşında dünyasını dəyişib.

Cəlal Qasımov 2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri idi.

O, ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərin, bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifi idi.

C.Qasımov xüsusi xidmət orqanlarının arxivlərindəki dəqiq mənbələrdən istifadə edən və ciddi faktlar ortaya qoyan alimlərdən idi.

Allah rəhmət eləsin!