Ölkə

Tanınmış jurnalistin halı pisləşdi, xəstəxanalar qəbul etmir – TƏBİB-dən AÇIQLAMA

Tanınmış jurnalistin halı pisləşdi, xəstəxanalar qəbul etmir – TƏBİB-dən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib. 

Jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Bildirilib ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur. Məsləhət görülüb ki, onu “Zəfəran” klinikasına aparsınlar.

Əlacsız qalan jurnalist “Zəfəran” klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib.

Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib.

TƏBİB-dən bildirib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir.