Ölkə

Tank bölmələri təlim-döyüş tapşırıqlarını icra edir – VİDEO

Tank bölmələri təlim-döyüş tapşırıqlarını icra edir – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq tank və artilleriya bölmələri ilə döyüş hazırlığı üzrə məşqlər keçirilir.

7times.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə məşqlərin məqsədi tank və artilleriya bölmələrinin şəxsi heyətinin peşəkarlığının artırılması, döyüş əməliyyatlarının planlaşdırılması və icrası zamanı qarşılıqlı fəaliyyət vərdişlərinin təkmilləşdirilməsidir.

Döyüş uzlaşması zamanı fəaliyyət göstərən bölmələr atəş mövqelərini tutublar.