Ölkə

Tarixiçi alim həyat yoldaşı ilə birgə Qarabağda tədqiqat adı ilə 100 min manatadək vəsaiti mənimsədi

Tarixiçi alim həyat yoldaşı ilə birgə Qarabağda tədqiqat adı ilə 100 min manatadək vəsaiti mənimsədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstutunun keçmiş əməkdaşları tarixçi alim Səhuhi Hüseynov və həyat yoldaşı Gülüstan Əliyeva cinayət məsuliyyətinə cəlb olunub.

Əldə etdiyimiz məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

7Times.az-ın əldə etdiyi məlumata görə, onlar Qarabağın İşğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış küli miqdarda vəsaiti mənimsəyib. Hər ikisi barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Məlumata görə onlar 100 min manata yaxın mənimsəmədə təqsirləndirilir.

7Times.az