Maraqlı

Tarixin ən DƏBLİ qadını: Şahzadə Diana – FOTOLENT

Tarixin ən DƏBLİ qadını: Şahzadə Diana – FOTOLENTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leydi Diana güclü xarakterini zərafəti ilə əks etdirməyi bacaran nadir qadınlardan biri idi. Bu gün getdikcə itən utancaqlıq, ən az gülümsəməsi qədər  Uels şahzadəsinin imzasına çevrilmişdi. Onun səmimi davranışları insanların qəlbində yer qazanmağa kifayət etmişdi.

“Mən bir ölkənin kraliçası deyil, insanların qəlbindəki kraliça olmaq istəyirəm” sözləri isə onun bu barədə nə qədər həssas olduğunu sübut edir.

Xasiyyət ilə yanaşı incə zövqləri onu nəinki dünyaca məşhur şahzadəyə, həm də əbədi moda ikonasına çevirmişdi. Geyindiyi paltarlar həmişə onu gündəmdə saxlayırdı.

Kişilərlə yanaşı, qadınlar da ona həsədlə baxırdı. Şahzadə Diananın o vaxt geyindiyi paltarlar indiki moda ilə də ayaqlaşır.

7Times.az Lent.az-a istinadən sizə tarixin ən dəbli qadını Uels şahzadəsi Diananın ən dəbli geyimlərini təqdim edir: