İqtisadiyyat

Taxıl 335 dollara kimi ucuzlaşacaq

Taxıl 335 dollara kimi ucuzlaşacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı qlobal əmtəə bazarlarında buğdanın 2025-ci ilə kimi ucuzlaşacağını açıqlayıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Dünya Bankının (DB) əmtəə qiymətləri ilə bağlı hesabatında bildirilib.

Bankın proqnozuna görə, bu ilin sonuna kimi buğdanın dünya bazarlarında qiyməti hər ton üzrə 355 dollar (oktyabr proqnozu ilə müqayisədə 55 dollar az) təşkil edəcək ki, bu da 2022-ci illə müqayisədə 22% azdır.

Dünya Bankının proqnozuna görə, 2024-cü ildə buğdanın qiyməti 335 dollara (oktyabr proqnozu ilə müqayisədə 70 dollar az) enəcək.

“Ukraynanın taxıl və yağlı bitkilərinin əksəriyyətinin dünya bazarına çıxmasına kömək edən Qara Dəniz Taxıl Təşəbbüsü və digər əsas istehsalçı ölkələrdə məhsuldarlığın artması qiymət təzyiqlərini azaltmağa kömək edib”- deyə Bankın hesabatında qeyd edilib.