Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) 7times.az-a verilən məlumata görə, bu gün 4890 koronavirus testi edilib. Onlardan 152-si pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 878 667-yə çatıb.
Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 181 nəfərdir. Onlardan 21 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.
Hazırda ölkədə 1803 nəfər aktiv koronavirus xəstəsi var.
Follow @7timesaz