Ölkə

TƏBİB qızılcadan ölən azyaşlı ilə bağlı məlumat yaydı

TƏBİB qızılcadan ölən azyaşlı ilə bağlı məlumat yaydıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2011-ci il təvəllüdlü şəxs (qadın cinsi) 12.01.2024-cü il tarixində saat 15:44 radələrində ağır vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

 

Bu barədə 7Times.az -a TƏBİB-dən məlumat verilib.

 

Tibb müəssisəsində ilkin tibbi müdaxilələr aparılmasına baxmayaraq, xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunmayıb.

 

13.01.2024-cü il tarixində xəstə koma vəziyyətində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya təxliyə olunub. Tibb müəssisəsinin Uşaq intensiv terapiya bölməsində ona qızılca, ensefalit diaqnozu qoyulub.

 

Vəziyyətində ağırlaşma müşahidə olunan pasiyentin paytaxt Bakıda yerləşən ixtisaslaşmış xəstəxanalardan birinə təxliyəsi nəzərdə tutulub və aparılarkən yolda həkiməqədər ölüm qeydə alınıb.