Təbriz əhalisi Azərbaycan Ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədi ilə küçələrə axışıb.
7times.az bildirir ki, aksiyada Ermənistanın işğalçı siyasəti qınanılıb, “Biz ölməyə hazırıq, aqibətdən razıyıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” və sair şüarlar səsləndirilib.
Görüntülər aksiya iştirakçıları tərəfindən mobil telefona çəkilib və sosial şəbəkələrdə paylaşılıb.
Follow @7timesaz