Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev xidməti otağında intihar edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, iyulun 9-da, saat 11:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.
Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.
Follow @7timesaz