Cəmiyyət

“Təhlükəli virus Azərbaycana da çata bilər“ – Xəbərdarlıq

“Təhlükəli virus Azərbaycana da çata bilər“ – Xəbərdarlıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Türkiyədə 15 nəfərdə koronavirusun “Britaniya ştammı” adlandırılan təhlükəli növü aşkarlanıb.Təhlükəli virus Azərbaycana da çata bilər

7times.az-ın məlumatına görə, ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, virusun aşkarlandığı şəxslər bu günlərdə Türkiyəyə İngiltərədən gəliblər. Hazırda onların səhhəti nəzarət altındadır.

Qeyd edək ki, Türkiyə də daxil olmaqla, bir sıra ölkələr Böyük Britaniyaya səfərləri ləğv ediblər.

Hazırda Azərbaycanla İngiltərə arasında birbaşa təyyarə reysləri olmasa da, koronavirusun yeni mutasiyasının aşkarlandığı qardaş Türkiyə ilə ölkəmiz arasında müntəzəm təyyarə reysləri həyata keçirilir.

Bu baxımdan, “Britaniya ştammı”nın Türkiyə vasitəsilə Azərbaycana çatması da mümkün ola bilər.

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev Modern.az-a açıqlamasında bildirib ki, Türkiyədən təyyarə ilə ölkəmizə gələn bütün insanlara ciddi şəkildə nəzarət olunmalıdır:

“Artıq təsdiq edilib ki, bu ştammın yoluxuculuğu əvvəlkindən çox olsa da, öldürücülüyü digərindən çox deyil. Lakin buna baxmayaraq təyyarə reysləri ilə ölkəmizə gələn bütün insanların test neqativ arayışı ilə ölkəyə buraxılmasına ciddi nəzarət edilməsi daha məqsədəuyğundur”.