Təhsil Nazirliyi noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
7times.az-ın məlumatına görə, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O qeyd edib ki, məlumat yalnışdır:
“Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan “xəbər” dezinformasiya xarakterlidir”.
Qeyd edək ki, sosial şəbəkələrdə ölkədə üzrə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin noyabrın 1-dən dayandırılacağı iddiaları yayılıb./azxeber
Follow @7timesaz