Təhsil Nazirliyi ötən gün sosial şəbəkələrdə yayımlanan iki iltizam nümunəsi ilə bağlı məsələyə aydınlıq gətirib.
7times.az xəbər verir ki, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, yayılan ikinci iltizam formasının şərhi həqiqəti əks etdirmir.
“Valideyn hansısa səbəbdən öz övladının məktəbə getməsini istəmirsə, birinci iltizam formasını imzalayır və onun əyani təhsilindən imtina edir, öhdəlikləri öz üzərinə götürür. Sosial şəbəkədə yayılan ikinci iltizam formasının şərhində qeyd olunur ki, şagird “COVID-19”a yoluxubsa, bu, valideynin məsuliyyətindədir. Əslində isə bizim ikinci iltizam formamızın məzmunu belə deyil. Orada qeyd olunur ki, övladını məktəbə yollayan valideyn məktəb rəhbərliyi ilə birlikdə bu iltizamı imzalayır ki, uşağında və ya ailə üzvlərindən birində virus əlamətləri aşkar edərsə, öz övladını məktəbə göndərməyəcək. Burada məsuliyyət valideynin üzərinə atılmır, məsuliyyət cəmiyyətin üzərindədir”.
V. Yaqublu əlavə edib ki, ikinci iltizam formasında məqsəd yoluxmuş və ya yoluxma ehtimalı olan uşaqların məktəbə göndərilməmə öhdəyilini valideynin üzərinə qoyur.
Follow @7timesaz