Cəmiyyət

Təkcə məni söymürlər ki? – Aydın Xan qalmaqallı açıqlamasından danışdı

Təkcə məni söymürlər ki? – Aydın Xan qalmaqallı açıqlamasından danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün dünyada insan sayının azaldılması ilə bağlı fikirlər səsləndirən Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloq Aydın Xan Əbilov müzakirələrə səbəb olub. İnsan sayının azalması üçün hətta özünün də intihar edə biləcəyini deyən kulturoloq Azərbaycanda uşaq pulu verilməsinə də qarşı çıxıb.

7times.az xəbər verir ki, əsləndirdiyi fikirlərə görə sosial şəbəkələr tənqid və təhqir edilən A.Əbilov mövzu ilə bağlı Yenisabah.az-a danışıb.

O, fikirlərinin kontekstdən çıxarılaraq paylaşıldığını, lakin eyni fikirdə qaldığını bildirib:

“Bəli, belə bir söz demişəm, amma təəssüflər olsun ki, Azərbaycanda hər hansı bir fikri kontekstdən çıxarıb ayrıca qara yaxud ağ PR şəklində sosial şəbəkələrdə yayırlar. Hər hansı fikri konteksdən çıxarıb həmin şəxsi tənqid hətta təhqir subyektinə çevirirlər.

Belə fikir işlətmişəm, demişəm ki, son illərdə qlobal istiləşmə var və insan sayı həddindən artıq çoxdur. Planetdə 8 milyarddan çox, Azərbaycanda isə 10 milyondan çox əhali var. Biz artan əhalinin qarşısını almasaq, gələcəkdə böyük problemlərlə qarşılaşacağıq.

Bu baxımdan demişdim ki, Azərbaycanda uşaq pulunun verilməsi ilə bağlı fikirlər zərərlidir. Buna qarşı çıxmaq lazımdır. Azərbaycanda çoxuşaqlı ailələrə baxırsan ki, ata, ana fiziki qüsurludur, uşaqlar da xəstə doğulur, yaxud bir oğlan uşağı olsun deyə beş-altı qız dünyaya gəlir. Sonra da həmin uşaqları saxlaya bilmirlər.

Bizlər də işləyirik müəyyən vergi veririk ki, həmin insanların xəstə uşaqlarını saxlayaq. Nəyə görə?! Yaxud Afrika, Asiya ölkələrində 8-10 uşaq doğurlar, sonra da Avropadan, dünyanın inkişaf etmiş ölkələrindən kömək istəyirlər, yalvarırlar ki, bizim acından ölən uşaqlarımızı saxlayın. Ona görə mən bunun əleyhinə oldum”.

Kulturoloq insan artımının qarşısının qəti şəkildə alınmalı olduğunu qeyd edib:

“Dediklərimdə əsas fikir qlobal istiləşmə ilə bağlı idi. İqlim böhranının qarşısını almaq, insan faktorunun qarşısını almaq üçün bəzi fikirlər səsləndirdim, həmin fikirlərdən biri də o idi ki, təbii və süni yolla insan artımının qarşısını qəti şəkildə almaq lazımdır.

Vaxtilə Çində bir yaxud iki uşaqdan artıq övlada sahib ola bilməzdilər. Məqsəd bu idi. Fikirlərimizə görə kimlərinsə təhqir etməsinə öyrəşmişik. Azərbaycan sosial şəbəkə istifadəçilərinin səviyyəsi, onların təhsili, intellekti ilə bağlı fikir söyləmək istəmirəm, bu göz qabağındadır.

Təkcə Aydınxan söyülmür ki, sağlam fikir ortaya qoyan hər kəs Azərbaycanda təhqir olunur. Onlara əhəmiyyət vermək lazım deyil”.