Təxminən 113 min tələbə ödənişli təhsil alır. Onlardan 15 min 309 nəfərin ödənişləri müvafiq qaydada dövlət tərəfindən qarşılanır. Bu da 13 milyon manata yaxın vəsait deməkdir.
7times.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu məqamda ehtiyac meyarı əsas götürülüb:
“Pandemiya dövründən asılı olmayaraq, güzəştlərin bütün tələbələrə verilməsi o qədər də mümkün deyil. Ali təhsil müəssisələrinin maliyyə dayanıqlılığı tələbələrin ödənişlərindən asılıdır.
Ödənişli əsaslarla oxuyan 17 min 200 tələbənin də ödənişi dövlət tərəfindən ödənilir. Bütün hallarda pandemiya ilə bağlı bir sıra güzəştlər edilib.
Daha sonra atılacaq addımlar isə gələcəkdə vəziyyətin hansı istiqamətdə davam edəcəyindən asılıdır. Pandemiyanın nə zaman bitəcəyi bilinmir”.
Follow @7timesaz