Cəmiyyət

Təqaüdçünün adı naməlum səbəbdən bazadan silinib, pulu mənimsənilib – ŞİKAYƏT

Təqaüdçünün adı naməlum səbəbdən bazadan silinib, pulu mənimsənilib – ŞİKAYƏTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TvPress internet qəzetinə keçmiş jurnalist Zöhrab Zeynalov tərəfindən şikayət məktubu daxil olub.

Həmkarımız göndərdiyi müraciətində qeyd edir ki, onun atasının hüquqları pozulub, pensiyası heç bir əsas olmadan kəsilib və bununla bağlı şikayət və müraciətlərinə heç bir reaksiya verilməyib.

“Atam Elmidar Zeynalov 2016-cı ildən xərçəng xəstəsidir. 2012-ci ildən yaşa görə əmək pensiyası alırdı. 2017-ci ilin yanvar ayında son dəfə pensiya kartından pul çıxarıb. Sonra yatağa düşüb, xəstə yatdığı dövrdə kartının da vaxtı bitib. Fikirləşib ki, pulu hesabında qalsın, bu vəsaiti özünə məzar pulu kimi yığmağı qərara alıb. Və belə də olub- çıxarılmayan pul hesabda yığılıb.

2019-cu ilin aprelində heç bir səbəb göstərilmədən pensiya dayandırılıb və bizə verilən rəsmi cavabda qeyd olunub ki, hesabında olan 1748 manat qaytarılıb sosial müdafiə fonduna. Elə qaranlıq məsələlərdən biri də budur- 2 ildən artıq vaxtda 1748 manat niyə? Bəs qalan pul necə olub? Sonra atam bir az yaxşılaşıb, yataqdan qalxandan sonra gedib kartını dəyişməyə. Deyiblər ki, sizin adınız bazadan silinib naməlum səbəbdən. Hələ də nə köhnə illərə olan pulu ala bilmir, nə də bu gün təqaüd almır.

İndi anam da xərcəngə tutulub. Artıq ailənin vəziyyəti xeyli ağırlaşıb. Borclu olmadığımız bank qalmayıb. Bu qədər insafsızlıq olmaz. Heç olmasa təqaüdünü versinlər, çörəklərini özləri alsın ki, mən də iynə dərmanlarını, kimyaterapiyalarını bir təhər ödəyim”.

Redaksiyadan: Ümidvarıq ki, Əmək və Əhalinin Sosial Müdafiaəsi Nazirliyi bu şikayətlə bağlı lazımi tədbirlər görəcək və vətəndaşın hüquqları bərpa ediləcək.