“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra son 30 il ərzində biz qonşu və islam ölkəsi hesab edən İran hakimiyyətinin dəfələrlə haqsızlığı, ölkəmizə qarşı xain davranışı və terrora, terrorçuya dəstək verdiyinin şahidi olmuşuq. Tehran molla diktaturası ötən illər ərzində həm qonşuluq münasibətlərinə xələl gətirib, həm də müqəddəs islam dəyərlərinə qarşı hörmətsizlik edib, öz mənfur və çirkin oyunları ilə bölgədə qarışıqlıq yaratmaq, nifaq salmaq, xalqlar arasında qan tökmək, əsil şeytana xas məkirli oyunlar qurub. Azərbaycan dövləti həmişə İranın bu hərəkətlərinə səbrlə davranıb, bərabərhüquqli qonşuluq əlaəqləri qurmağa çalışıb, öz humanistliyini nümayiş etdirib. Ancaq İran hökuməti öz xain və məkrli siyasətindən əl çəkmədi və səfirliyimizə son terror hücumu ilə İran əsil simasını göstərdi”.
Bunu 7Times.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumundan sonra Fars rejimi müxtəlif tələm-tələsik hərəkətlərlə bu qətliamın üstünü ört basdır etməyə, terror hadisənin motivini dəyişdirmək üçün müxtəlif çirkli oyunlara əl atıb: “Hadisəyə məişət donu geyindirməyə çalışan və qətlin motivini təhrif etməyə cəhdlərlə İran hakimiyyəti əslində özünü məsuliyyətdən gizlətməyə çalışır. Bu cür yayındırıcı hərəkətlər onu təsdiqləyir ki, terrorda İranın dövlət orqanlarının, dünya birliyində terrorçu təşkilat kimi tanınmış SEPAH-ın birbaşa iştirakı var və cinayətin araşdırılmasına və gizlədilməsinə cəhdlər də buna işarə edir. Tarixə nəzər yetirsək, indiyə qədər İranda səfirlik, konsulluq, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlarla hücumlarla bağlı xeyli fakt görə bilərik. İranın tarixi xarici diplomatlara və diplomatik nümayəndəliklərə terrorçu münasibəti ilə zəngindir. Bu konteksdən, Azərbaycan səfirliyinə hücumda da məhz İran hökumətinin, təhlükəszilik qüvvələrinin palnalaşdırılmış ssenari üzrə hərəkət etdiyini göstərir. Bu hadisə həm də onu təsdiq edir ki, Azərbaycan səfirliyinə hücum adi məsələ deyil, uzun müddətdir ki, hazırlanmış məkrli, xain və və düşünülmüş siyasətin tərkib hissəsidir”.
A.Hüseynov qeyd edib ki, terror hadisəsi ilə bağlı araşdırmaların səmtini dəyişməklə İran Azərbaycan dövlətinə və xalqına qarşı hörmətsizlik edir, beynəlxalq hüquqa qarşı çıxır. Sözsüz ki, Fars rejiminin son hərəkətləri Azərbaycan xalqını hiddətləndirir: “Ümumiyyətlə, Tehran rejimi son dövrlərdəki qeyri-adekvat pozucu hərəkətləri, bəzi yüksək vəzifəli şəxslərin dostluqdan xeyli uzaq olan və əslində, daha çox düşmənçiliyə bənzəyən siyasi ritorikası ölkələrimiz arasında gərginlik dərəcəsini artırıb. İran hökumətinin yüksək vəzifəli dövlət rəsmiləri neçə müddətdir ki, Azərbaycan vətəndaşlarını qətlə yetirməyə çağırışlar etməklə terrora rəvac verdiyini, terrorun rəsmi dövlət siyasətinə çevirdiyini biruzə verməkdədir. Regionda müxtəlif qanlı terror hadisələrinin maliyyələşdirilməsi, silahlı qrupların yaradılması da məhz uzun illərdir ki, Fars molla rejiminin simasına çevrilib, hazırda İran beynəlxalq terroçu ölkə kimi tanınmaqdadır. Bu gün dünyada terrora qarşı geniş və sistemli beynəlxalq mübarizənin artıdğı bir dövrdə terrorçu Tehrah rejiminin bu aqressiv hərəkətlərinə qarşı ən layiqli və sərt cəza verilməlidir”.
7Times.az
Follow @7timesaz