Ölkə

“Texnofest Azərbaycan”da “A2Z technologies” – Şirkətin ən yaddaqalan məhsulları… – VİDEO

“Texnofest Azərbaycan”da “A2Z technologies” – Şirkətin ən yaddaqalan məhsulları… – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz ki, 4 gün ərzində Bakıda dünyanın ilk beynəlxalq texnologiya festivalı “Texnofest Azərbaycan” keçirilib. Bu festivalda bir neçə texnoloji, innovativ şirkətlər iştirak edərək öz məhsullarını festival ziyarətçilərinə nümayiş etdiriblər.

 

7Times.az xəbər verir ki, belə milli şirkətlərdən biri də öz seqmentində kifayət qədər fərqli mövqe tutmuş IT şirkətlərindən olan “A2Z technologies”dir.

 

Qeyd edək ki, şirkətin ölkəmizdəki ən yaddaqalan məhsulu e-TƏBİB tədbiqidir.

“A2Z technologies”in fəaliyyəti və uğurları barədə APA TV-yə açıqlama verən şirkətin Marketinq departamentinin rəhbəri Mehman İsgəndərov bildirib ki, şirkətin fəaliyyət istiqamətləri İT infrastrukturun yaradılması, kamera müşahidə sistemi, keçid nəzarət sistemi, yanğın təhlükəsizlik sisteminin qurulmasıdır.

 

O bildirib ki, “A2Z technologies” “Texnofest Azərbaycan”da hazır proqram təminatları təmsil olunub və stenddə şirkətin nəzarət və ilk yerli mesencer proqramı da olub. Mehman İsgəndərov əlavə edib ki, ölkəmizdə ən çox istifadə olunan tətbiq e-TƏBİB də “A2Z technologies” tərəfindən hazırlanıb və şirkətin strateji baxışı Azərbaycanın İT məkanında qabaqcıl yerlərdə olmaq, sifarişçi və tərəfdaşlara daha da keyfiyyətli və innovativ xidmətlər təqdim etməkdir.