Vətən müharibəsində bütün Azərbaycanın tanıdığı qəhrəmanlardan biri də topçu Vüsal Şahkərimovdur.
7times.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində şücaəti və qorxmazlığı ilə hamının sevimlisinə çevrilən Vüsal Şahkərimov Xaçmaz rayonun Qusarçay kəndinə, valideynlərinin yanına gəlib.
Bu münasibət ilə “İctimai” TV-nin əməkdaşları onu evində qarşılayıb. Ailəsinin sevincinə şərik olublar. Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı əsln Xaçmaz rayonundan olan V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.
Qeyd edək ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Follow @7timesaz