Türkiyənin Bursa şəhərində toy məclisində iştirak edənlər koronavirusa yoluxub.
7times.az HaberGlobal-a istinadən xəbər verir ki, Bursada 3 ayrı toy məclisində iştirak edən 42 nəfərin koronavirus testi pozitiv çıxıb.
Follow @7timesaz
Son iki həftədir mediada müzakirə edilən toy görüntülərində maska və sosial məsafə qaydalarına əməl olunmadığı açıq şəkildə görülür. Hər üç toyda iştirak edən digər 150 nəfərdən də koronavirus testi götürülüb.
Xəstə olan və ya xəstəliyin əlamətlərini hiss edən şəxslərə kütləvi tədbirlərdə iştirak etməmələri ilə bağlı çağırış edilib. azxeber.com