Maraqlı

Tramp yenə tərəfdarları qarşısında rəqs edib – VİDEO

Tramp yenə tərəfdarları qarşısında rəqs edib – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nebraskada tərəfdarları qarşısında keçirilən aksiyadan sonra səhnədə rəqs edib. Sosial şəbəkələrdə ritmik hərəkətlər edən siyasətçinin videogörüntüləri yayımlanıb.

Tramp səhnədə bir neçə dəfə o tərəf-bu tərəfə gedib-gələrək sadə əl hərəkətləri ilə rəqs edib.

Videoya nəzər saldıqda keçmiş Amerika liderinin məşhur qırmızı beysbol papağında “Make America great again” (Amerikanı yenidən möhtəşəm et) sözlərinin yazıldığını görmək olar. Ötən ay isə siyasətçi yenidən ABŞ prezidentliyi uğrunda mübarizə apara biləcəyini açıqlayıb.

ABŞ-ın eks-prezidenti bundan əvvəl də çıxışları ilə ictimaiyyəti təəccübləndirmişdi. O, ilk dəfə 2020-ci ildə Amerika qrupu “Village People”ın Y.M.C.A. mahnısı ilə mitinqdə rəqs etmişdi.

O zaman Trampın rəqsinə münasibət bildirən Venesuela prezidenti Nikolas Maduro qeyd etmişdi ki, Amerika lideri hərəkətləri ilə Venesuelanın keçmiş prezidenti Uqo Çavesi təqlid edir.

Öz növbəsində rusiyalı senator Aleksey Puşkov prezident Trampın böyük həyat enerjisini və optimizmini, eləcə də şou göstərmək və ictimaiyyəti əyləndirmək bacarığını qeyd etmişdi.

Bundan sonra Tramp digər mitinqlərdə də məhz bu mahnı ilə rəqs edib. /Oxu.az/