Cəmiyyət

Tural Abbaslının testinin nəticəsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Tural Abbaslının testinin nəticəsi ilə bağlı TƏBİB-dən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Partiyasının rəhbəri Tural Abbaslının koronavirus testinin nəticəsi pozitiv çıxıb. T. Abbaslı testin nəticəsindən narazı olduğunu bildirib. 

Məsələ ilə bağlı 7times.az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, T.Abbaslı 14 gün ərzində yaşayış yerini tərk edə bilməz:

“Mən məsələni Tural Abbaslının özünə də izah elədim.  O, hər iki testi özəl klinikada verib. Çox güman ki, analiz verəndə virus onun yuxarı tənəffüs yollarında olub. İkinci dəfə də analizi neqativ ola bilər. Bu hal tək bizim ölkədə baş vermir. Digər ölkələrdə də belə hallara rast gəlinir. Burada qeyri-adi heç nə yoxdur. Dəfələrlə demişik ki, belə hal baş verə bilər. Ona görə də biz özümüzü təcrid etməliyik. Tural Abbaslı deyə bilməz ki, onda virus yoxdur. İlk dəfə test verib, sonra gedib burnunu yuyub test verərsə, onun nəticəsi neqativ çıxa bilər. Artıq o sistemə düşdüyü üçün 14 gün evdə gözləməlidir. Tural deyə bilər ki, mənim ikinci testim neqativdir. Bu ona əsas vermir ki, o çıxıb bayırda gəzə bilər”.