Dünya

Türkiyə Ermənistana “böyük qardaş” olacaqmı?

Türkiyə Ermənistana “böyük qardaş” olacaqmı?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Görsənir ki, kilikiyalı patriarxa yönələn qüvvələr hələlik Türkiyə ilə Ermənistan arasında danışıqlara ehtiyatla yanaşır və onların İrəvan tərəfindən etinasız yanaşmasından narazıdır, bu zaman Türkiyə erməniləri “qardaşlıq münasibətlərində” rolları bölüşdürməyə başlayıb.
ABŞ və Fransa diasporları isə öz sözlərini hələ deməyib.
Ötən ilin dekabrın sonlarında Ermənistan və Türkiyə arasında münasibətlərin bərpa edilməsi haqqında təşəbbüsü şərh edən erməni katolik patriarxı Rafael Bedrosun ardınca erməni apostol kilsəsinin Konstantinopol patriarxı Saak Meşalyan və icma nümayəndələri söz alıblar.
Onların bəyanatları yanvarın ortalarında Moskvada Ankara və İrəvanın xüsusi nümayəndələrinin ilk görüşü baş tutduqdan sonra səsləndirilib.
Danışıqlar saat yarım davam edib. Görüşün yekunları hər iki ölkənin xarici siyasət idarələri tərəfindən müsbət qiymətləndirilib, onlar “konstruktiv” adlandırılıb.
Həmçinin məlumat verilib ki, “tərəflər Türkiyə ilə Ermənistan arasında dialoq yolu ilə ilkin şərtlər olmadan həyata keçiriləcək normallaşdırma prosesi haqqında ilkin olaraq fikir mübadiləsi aparıb”.
Bir həftədən sonra Türkiyənin “Hürriyət” qəzeti belə şərh verib: “İrəvan və Ankara arasında münasibətlərin normallaşdırılması üzrə addımlar Türkiyənin erməni icmasını sevindirib. Patriarx Meşalyan qeyd edib ki, erməni apostol kilsəsinə sadiq olan Türkiyə vətəndaşları üçün “münasibətlər gündən-günə yaxşılaşsın, iki icma bir-birini yaxşı tanısın, birlikdə işləsinlər”.
İki dildə nəşr edilən Agos Türkiyə-Ermənistan qəzetinin direktoru Etvart Dantsikyan məlumat verib ki, iki ölkə arasında sərhədlərin bərpasına nikbinliklə yanaşır. Lakin ən güclü bəyanat  “Karaqezyan” fondunun idarə heyətinin sədri Dikrıt Gülməzil tərəfindən səsləndirilib. O, qeyd edib ki, “bu gündən etibarən Türkiyə Ermənistana bütün aspektlərdə dəstək verməli” və “Türkiyə Ermənistanın böyük qardaşı kimi hərəkət etməlidir”.
Bu sözləri XXI Rafael Bedrosun 14 dekabr 2021-ci ildə İtaliyanın AsiaNews katolik portalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərin bir növ davamı və inkişafı kimi dəyərləndirmək olar. Həmin müsahibədə o, vurğulayıb ki, İrəvanla Ankara arasında münasibətlərin bərpası üzrə təşəbbüsü “pozitiv” qiymətləndirir. Onun sözlərinə görə, “ən vacib element” ondan ibarətdir ki, Türkiyə ilə Ermənistan arasında dünyəvi saziş “ilkin şərtlər olmadan” əldə edilə bilər.
Bununla birlikdə, həlledici məsələlər də var. Katolik patriarx əmindir ki, İrəvanda hökumət dialoqa  və sazişin əldə  edilməsinə köklənib, lakin “biz digər tərəfin mövqeyini mütləq şəkildə bilə bilmərik”.
Mübahisəli məqamlardan biri Dağlıq Qarabağın malik olduğu resurslarla, xüsusən su ehtiyatları ilə bağlıdır, bunlar “Ermənistanı qidalandırır” və Azərbaycan hökumətinin nəzarət etdiyi ərazilərdə yerləşir.
Bundan başqa, Rafael Bedros izah edir ki, kilsə bu ərazilərdə yaşayan katoliklərin “hüquqları və həyatını” qorumaq niyyətindədir. Perspektivdə kilsə həm Ermənistan, həm Dağlıq
Qarabağ üçün qarşılıqlı və təsirli olan “dini azadlıq” məsələsini diqqət mərkəzinə gətirmək istəyir.
Lakin indiyədək Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlara erməni apostol kilsəsinin başçısı II Qaregin və Kilikiya katolikosu Aram kimi əsas kilsə liderləri tərəfindən münasibət bildirilməyib. Onların susması XXI Rafael və Meşalyanın, habelə erməni katolik patriarxı tərəfindən dolayısı ilə mövqeyi əks etdirilən Vatikanın fikirlərinin fonunda intriqa doğurur.
Katolik mətbuatı müəyyən məqamlara aydınlıq gətirib.
Papanın xarici missiyalar institutunun AsiaNews portalının qeyd etdiyi kimi, “Ermənistan onu keçmiş sovet respublikaları arasında ən kasıb respublikaya çevirmiş iqtisadi və ticarət təcridindən çıxaraq uduş əldə edəcək. Türkiyə beynəlxalq səviyyədə reabilitasiya olunacaq və bir çox sahələrdə geridə qalan ölkədə, xüsusilə infrastruktur sahəsində maraqlı imkanlar əldə edə biləcək.
Lakin aydındır ki, söhbət təkcə iqtisadiyyatda deyil, hərçənd o, mühüm rol oynayır.
İrəvanla Ankara arasında münasibətlərin bərpası, hər iki ölkənin birgə layihələrə cəlb edilməsi Türkiyənin həyatında “erməni amili”ni gücləndirəcək. Gözləmək olar ki, 1915-ci ildə baş vermiş hadisələrdən sonra qaçan ermənilərin yeni nəsli Yaxın Şərqdən Türkiyəyə qayıdacaq. Bundan başqa, Türkiyə kriptoerməniləri ( öz erməni mənşəyini gizli saxlayanlar) də öz köklərini  xatırlayacaqlar.
2013-cü ildə erməni apostol kilsəsinin Konstantinopol patriarxının rəhbəri Aram Atəşyan Türkiyə telekanallarının birinə verdiyi müsahibəsində bəyan edib ki, hazırda Türkiyədə 100 min kriptoerməni yaşayır. “Nənələri və babaları erməni olanlardan danışsaq, onların sayı bir milyonu ötə bilər”, – Atəşyan belə deyib.
Bəzi erməni tədqiqatçıları hesab edir ki, “Osmanlı imperiyasında ermənilərin nailiyyətlərinin təkcə sadalanması bir kitaba sığmazdı” və “Türkiyəni ermənilər yaradıb”.
Bu kontekstdə “erməni amili”nin reanimasiyası bir sıra erməni kilsə liderləri və Vatikan tərəfindən Türkiyənin dəyişməsi və onu daha az millətçi, dini və etnik azlıqlara dözümlü edilməsi, mümkündür ki, perspektivdə ölkənin federallaşması məsələsini gündəmə gətirilməsi üsulu kimi baxıla bilər. Bununla həm də Ermənistanın sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsinə və onun dövlətçiliyinin möhkəmləndirilməsinə nail olmaq oladı.
Lakin məsələ bundadır ki, erməni diasporası buna necə yanaşacaq. Bu yaxınlarda Kilikiya katolikosu ilə müsahibədə jurnalistlər qeyd edib: “Belə fikir var ki, müstəqil dövlət olmadan bizim güclü diasporamız olardı”.
Aram bir tərəfdən vurğulayıb ki, “Ermənistan-Artsax-diaspora” üçbucağı ayrı-ayrı mövcud olan gerçəklik və rəqiblər deyil”.
Digər təfəfdən təəssüf edir ki, “Ermənistan-diaspora xətti üzrə indiki münasibətlər mahiyyət etibarı ilə durğunluq vəziyyətini nümayiş etdirir” və onu “xüsusilə 44 günlük müharibənin yaratdığı qeyri-müəyyənlik və məyusluq şəraitində canlandırmaq lazımdır”.
Belə görünür ki, Kilikiya patriarxına yönələn qüvvələr Türkiyə ilə Ermənistan arasında danışıqları ehtiyatla yanaşır və onların İrəvan tərəfindən etinasız yanaşmasından narazıdır, bu zaman Türkiyə erməniləri “qardaşlıq münasibətləri”ndə rolların bölüşdürülməsinə başlayıb. Həm də ABŞ və Fransadakı diasporalar öz sözlərini deməyib. Görək, hadisələr bundan sonra necə inkişaf edəcək…
Stanislav Stremidlovski, “REGNUM” İnformasiya Agentliyi