Region

Türkiyə XİN: Ukraynadakı müharibədə nüvə silahından istifadə ehtimalı var

Türkiyə XİN: Ukraynadakı müharibədə nüvə silahından istifadə ehtimalı varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi eskalasiya, o cümlədən nüvə silahından istifadə ehtimalı ilə doludur.

7Times.az “Habertürk” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Davam edən müharibənin region və bütün dünya üçün bədəli çox yüksəkdir. Daha da ciddisi odur ki, bu risk böyüyə və yayıla bilər. Coğrafi olaraq yayıla bilər. Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmə gələ bilər”, – türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, iyunun 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ona Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın müharibənin həlli ilə bağlı ismarışını çatdırıb.