Yazarlar

Türkiyədə baş verən zəlzələnin riyazi sirləri – ELMİ-LƏDUN

Türkiyədə baş verən zəlzələnin riyazi sirləri – ELMİ-LƏDUNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimiz kimi, bu gün Türkiyənin Malatya, Kahraman Maraş və Qaziantep bölgələrində  8 bala yaxın zəlzələ baş vermiş, nəticədə minlərlə insan həyatını itirmiş, xeyli insan sağlamlığını və maddiyyatını kayb etmişdir (Ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Maddiyyatını itirənlərə isə keçmiş olsun deyirik).

Elmi-lədun hesablamalarımız göstərir ki, ilk baxışdan bəzilərinin təsadüfü təbiət hadisəsi kimi baxdığı bu faciədə çox böyük qanunauyğunluq vardır. Bu qanunauyğunluq həmişə olduğu kimi, yenə də Quran rəmzləri olan 114 və 286 ədədləri altında baş verir ki, birinci ədəd müqəddəs kitabın surələrinin, ikinci isə, səhifələrinin sayıdır (Kəbədə saxlanan orjinal Quran 286 səhifədir. Sonralar kitabın sözlərini dəyişməsələr də, formatını dəyişdiklərindən səhifələrin sayı fərqlidir).  Bunu aşağıdakı hesablamalardan görəcəksiniz.

1) Keçən ilin oktyabrında Bartində kömür şaxtası partladı və yüzlərlə insan torpağın altında qaldı. Həmin gün biz bu hadisənin Allahdan xəbərdarlıq olduğunu hesablamalarla göstərdik, xalqa və onun “Allah-Allah” deyib bağıran rəhbərlərinə tövsiyyə etdik ki,  tövbə edib, doğru yola qayıdın, haq-ədaləti dildə deyil, əməllərinizdə göstərin. Təəssüf ki, Allahın bu xəbərdarlığına məhəl qoyan olmadı və nəticədə bu gün daha dəhşətli bir fəlakət baş verdi, minlərlə insan torpaq altında qaldı. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu iki hadisə arasında 114 (!) gün fərq vardır. Buradan aydın olur ki, Rəbbim hər iki hadisənin üzərinə ALLAH öz rəqəmsal “möhür”ünü vurmuşdur…

2)  2021-ci ilin mart ayında Türkiyənin Yusifeli rayonunun qeyri-adi mənzərəyə malik Dərəiçi kəndi başdan ayağa yandı. On minlərlə insan ev-eşiyini, mal-mülkünü kayb etdi. Həmin hadisənin də Elmi-lədun hesablamasını paylaşaraq, Allahın xəbərdarlığı olduğunu, tövbə edib, Haqqa təslim olmağın vacibliyini çatdırdıq. Təssüf ki, bu xəbərdarlığa da məhəl qoyan olmadı. Nəticədə bu gün Türkiyədə ondan daha dəhşətli faciə yaşandı və şəhərlər yerlə-yeksan oldu. Dərəiçi kəndinin yanmasını burada təsadüfü xatırlatmadım. Hesablamalarımız göstərir ki, bu iki hadisə bir-biri ilə riyazi şəkildə bağlanır. Belə ki, hadisələr arasında qalan 686 ədədindən Quranın səhifələrinin sayını çıxsaq, surələrin sayı alınar və Allah tərəfindən xəbərdarlıq olunduğunu bir daha təsdiq edər:

686 – (286+286) = 114

3) Hər dəfə astronomik hadisə baş verəndə biz xəbər saytlarında onun Elmi-lədun hesablamalarını təqdim edib, gələcək blaların siqnalı olduğunu bildiririk və tövbə edib, günahlardan təmizlənməyin vacibliyini insanlara çatdırırıq (qəbul etməsələr də). Həmçinin, bütün zəlzələ və digər fəlakətləri hesablayanda görürük ki, bir qayda olaraq hamısı riyazi yolla astronomik xəbərdarlıqlara bağlanır. Bugünkü zəlzələ də 5 iyun 2020-ci il tarixli Ay tutulmasına bağlanır. Belə ki, həmin tutulmadan 972 gün keçmişdir ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, yenə də surələrin sayı alınar və hadisələr üzərində Allahın kodlaşdırılmış “möhürü” görünər:

972 – (286+286+286) = 114

4) Yadınıza salaq ki, 24 yanvar 2020-ci il tarixdə də Türkiyədə 7 bal zəlzələ dağıntı və təlafata səbəb olmuşdu. Bu gün həmin zəlzələnin 1110-cu günüdür ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 alınır və hadisələrin tövbəyə, doğru yola qayıtmağa çağırış, xəbərdarlıq mesajı olduğu ortaya çıxır:

1110 – 555 = 555

Və s

Hesablamaları sonsuza qədər uzatmaq olar. Buradan çıxan nəticə odur ki, Yaradan Yerdəki haqsızlıqlardan, zülm və zillətdən bezib və səbr kasası dolub. Sözlə edilən xəbərdarlıqlar insanlara kar etmir. Odur ki, zəlzələdən, yanğından, daşqından… başqa yol qalmayıb (insanlar başqa yolla anlamırlar). Bu boyda fəlakətdən də nəticə çıxarılmasa…

Rəbbim Qurani-Kərimdə buyurur ki, hər millətin özünün cəza vaxtı var, o vaxt tamam olanda nə bir saat o yana, nə də bu yana ola bilər… Bildiyimiz qədər millətlərin cəzalanma vaxtı çatıdıbdır. Odur ki, bu kimi fəlakətlər növbə ilə bütün ölkələrdə olması gözlənilir. Hesablamalarımıza görə Yerdə 29 faiz insan qalana qədər bu kimi hadisələr davam edəcək.

“Hər ziyanın içində bir xeyir də var” buyurur Rəbbim. Bu ziyanarın içindəki xeyir ondan ibarətdir ki, Yer kürrəsi təmizlənir və saflaşır. Qalan 29 faiz əhali özünə normal, haq-ədalətin, halallığın bərqərar olduğu bir dövlət qurub adam kimi yaşayacaqlar (indiki kimi biri-birlərini qırmayacaqlar).

Bu 29 faizin içərisində olmağın tək şərti günahlarınıza görə tövbə edib, Haqqa təslim olmaqdır.

“Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!”  “Quran”, “Göy gurultusu” surəsi, 6.

Paşa yaqub,

Həkim, Elmi-lədun bilicisi