Tviter istifadəçisi Türkiyədə baş verən zəlzələni 3 gün öncədən təxmin edib.
7Times.az xəbər verir ki, Hollandiyada yerləşən Solar System Geometry Survey (SSGS) təşkilatında çalışan Frank Hoogerbeets adlı holland tədqiqatçı, cəmi üç gün əvvəl, 3 fevral 2023-cü ildə zəlzələ olacağını proqnozlaşdırıb.
O paylaşımında “Tez ya gec bu regionda 7.5 bal gücündə zəlzələ olacaq ( Mərkəzi Türkiyə, İordaniya, Suirya, Livan)”, deyə bildirib.