Hazırda bütün ölkələr üçün vacib olan COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) Azərbaycanın dünyada nüfuzunu daha da gücləndirəcək.
7Times.az xəbər verir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında deputat Doğan Bekin deyib.
O bildirib ki, Azərbaycan gündən-günə geostrateji baxımdan çox önəmli bir yer tutaraq dünyada yüksək söz sahibinə çevrilməkdədir:
“Bir neçə ay öncə Bakıda keçirilən Türk dövlətlərinin İqtisadi Forumuna qatılmışdım. Tədbirdə xeyli sayda iştirakçı vardı. Təbii ki, Qarabağ torpaqlarının təkrar Azərbaycana qaytarılması üçün aparılan ədalətli mübarizə və əldə olunan qələbədən sonra bölgədə Azərbaycanın gücü daha çox hiss edilməyə başladı. Azərbaycan bu günə qədər çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Hazırda isə nüfuzunun bu qədər gücləndiyi bir zamanda COP29 kimi tədbiri də öz üzərinə götürməsi ölkənin dünyadakı yerini daha da yüksək səviyyədə bərqərar edir”.
D.Bekin Azərbaycanın COP29 kimi ekoloji baxımdan beynəlxalq dərəcədə əhəmiyyətli olan bir tədbirin də öhdəsindən uğurla gələcəyinə inandığını qeyd edib.
Follow @7timesaz