Türkiyənin kino və musiqi sahəsinin ən zəngin şəxslərinin adı açıqlanıb.
Kult.az xəbər verir ki, siyahıda birinci yerdə Burak Özçivitdir.
Burak Özçivit “Quruluş Osman” serialındakı Osman obrazı ilə məşhurlaşıb. 60 milyon dollarlıq sərvətə sahibdir.
Pop musiqisinin yüksələn ulduzlarından olan Murat Bozun albom satışları və reklam gəlirləri də daxil olmaqla, təxminən 60 milyon dollarlıq kapitalı var.
Musiqiçi karyerasını aktyorluqla taclandıran və hər iki sahədə uğurla dolu karyerası olan Özcan Dənizin sərvəti 55 milyon dollardan çoxdur.
Engin Altan Düzyatan xüsusilə “Diriliş Ərtoğrul” serialındakı performansı ilə ulduza çevrilib. 50 milyon dollara yaxın sərvəti olduğu təxmin edilən ulduz aktyor təvazökar bir həyat sürməyə üstünlük verir.
Gənc yaşına baxmayaraq, şöhrəti ölkə hüdudlarını aşan Araz Bulud İynemli 43 milyon dollarlıq sərvətindən daşınmaz əmlak sektoruna sərmayə qoyaraq istifadə edir.
Məşhur aktyor Xalid Ərgəncin sərvətinin 28 milyon dollar olduğu bildirilir. Evləndikdən sonra sadə həyata üstünlük verən Ərgənc klassik avtomobillərə və malikanələrə yatırım edir.
Follow @7timesaz