Aktual

“Türklər bura ayaq açsa, bizi nökər edəcəklər” – Ermənilər – VİDEO

“Türklər bura ayaq açsa, bizi nökər edəcəklər” – Ermənilər – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azadlıq Radiosu”nun erməni xidməti Qars – İqdır yoluna yaxın yerləşən Ermənistanın Baqaran kəndindən süjet hazırlayıb.

Türkiyənin Halıqışlaq kəndindəki türklərin evləri də, otlaq sahələri də bu kənddən görünür. Baqranla Halıqışlağı çay ayırır. Yuxarıdan baxanda kəndləri ayırmaq olmur.Baqaran kəndinin sakinləri deyir ki, balıqlar burnumuzun ucundan üzüb keçir, amma tutmağa icazəmiz yoxdur. Türklərsə, nə qədər istəsələr tuta bilərlər.

Burada Ermənistanla Türkiyəni Arazla birləşən Arpaçay çayı ayırır. Çayın balıqlarının dadını gözəl bilən ermənilərə rus sərhədçilər onları tutmağa icazə vermir.

Torpaqların çoxu sərhəddə yerləşdiyindən bu sahələrə giriş-çıxış ayrıca icazə ilədir. Kənd sakini Karen icazə sənədi ilə işləməyin çətin olduğunu bildirir.

Sərhədyanı ərazilərdə müxtəlif meyvə, giləmeyvə, otlar bitir, nə istəsən yığa bilərsən, bircə tikanlı məftillərə toxunmaq olmaz. Yasaq zona olduğu üçün ermənilər buralara az-az gəlirlər. Türkiyə-Ermənistan sərhədində ancaq belə pozuntular olur, məftilə toxunsalar, sərhədçilər tutub aparır.

80 yaşlı kənd sakini Vartuş sərhədlərin açılmasından narahatlıq keçirib. O, münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını qəbul etmək istəmir. Deyir ki, Qarabağda o qədər uşaq niyə öldü, bizə görə, indi biz onlarla barışaq?”

Daha bir kənd sakini Armanuş da bunun əleyhinədir. O da çayın o biri üzündəki qonşuları ilə münasibət qurmaq istəmir. Deyir: “Gəlib bizi qırdıqları bəs deyil, hələ bir gedib-gələk də… yox, yox mən istəmirəm yollar açılsın. Mən onları sevmirəm”.

Baqaranın mərkəzində isə başqa cür fikirləşirlər. Kənd sakini Kacik deyir ki, dövlətlərarası ticarət olsa, buna razıyıq, amma yolların açılmağına razı deyilik.

“Yollar açılsa, bir azdan burada ermənilər kökü kəsiləcək. Oradan (Türkiyədən) bura kim oldu gəlib gedəcək. Zarafat deyil, 80 milyondurlar. Ancaq iqtisadi əlaqələr qurulsun, ancaq göz qoymaq lazımdır ki, türklər burda məskunlaşıb biznes qurmasınlar”, – deyə Kaçik qorxduğunu bildirir.

Qonşu Halıqışlaq və Halican kəndlərində tikintilər gedir. Türk kəndləri günü-gündən inkişaf edir. Kaçik deyir ki, əvvəllər evləri pis idi, indi görün nələr tikirlər, amma mən o yana keçmərəm.

Kənd sakini Tornik deyir ki, Türkiyəyə yol açılsa onların da kəndləri inkişaf edər, amma ortada düşmənçilik var. Aradakı tikanlı məftillər vəziyyəti bir az da gərginləşdirir.

“Yolların açılmasını istəyirəm. Mən siyasətçi deyiləm. Bizim də kəndlər inkişaf edər, yol üstündə mağaza, kababxana açarıq, yaxşı dolanarıq. Çünki Türkiyəyə yol bizim kənddən keçir. Yaxşı dolanarıq, varlanarıq. Onsuz da gec-tez açılacaq. Ancaq 1915-ci ildə qırdılar. Yox idi yol? Var idi axı”, – Tornik bildirir.

Kənd sakini Varşam da əlaqələrin yaranmasını istəmir. “Yox, olmaz, başqaları ilə əlaqə quraq”, – deyir.

Başqa bir kənd sakini deyir ki, yolların açılmasının bizə xeyri var, alış-veriş edək, amma onlar bura gəlməsinlər.

“Onlar gəlib burda torpaq alsalar, biznes qursalar, biz də olacağıq onların nökəri…”, – deyə erməni sakin bildirir.

Baqaranın 720 sakini bu barədə fikirləri müxtəlifdir. Kəndin inzibati ərazi vahidin sədri İşxan Qaloyan isə düşmənçiliyə son qoymağın vaxtının çatdığını deyib.

“Ömrümüzün sonuna kimi düşmən qalmayacağıq ki. Bu məsələ həll olunmalıdır”, – sədr bildirir.

Qaloyan kəndin içməli su probleminin olduğunu deyib. Kəndə su borularından içməli su sonuncu dəfə 1979-cu ildə verilib. Bulaq da kəndin aşağısındadir. Maşınlar ard-arda düzülür, həmişə böyük növbə olur. İçməli su problemindən başqa, həm də kəndin qaz problemi də var.

Qaz çəkilişində də kəndin bəxti gətirməyib, pullar mənimsənilib, cinayət işi açılıb.

Kaçik Xazaryan deyir ki, Sovetin vaxtında bir türk səsini çıxara bilməzdi, indi türklər Ermənistana gəlir. Onun sözlərinə görə, guya türklər ermənilərin mal-qarasını aparır, istədiyini edir. Hələ utanmaz-utanmaz deyir ki, “Qarabağ Ermənistan deyil ki?” Onun həyat yoldaşı isə əksini deyir.

Kaçik türklərlə alış-verişə müsbət yanaşır. Deyir ki, onlar çox zəngindir, yollar açılsa, yaxşı olar. Ancaq onu da vurğulayır ki, biz gərək türklərin və azərbaycanlıların etdiyini unutmayaq.

Baqaranda 80-ci illərin axırınadək onlarla azərbaycanlı ailəsi yaşayıb. Kaçik deyir ki, onlarla mehriban yaşayıblar.

“Bir yerdə toy edirdik, əsgər yığıncaqlarını, xeyir-şər məclislərini bir yerdə qeyd edirdik. Bölünəsi heç nəyimiz yox idi. 3-4 azərbaycanlının kirvəsi olmuşam”, – Kcik deyir.

Kənddə göstərilən kinolara da birgə baxırmışlar. Amma indi kəndin mədəniyyət evi dağılmış vəziyyətdədir.