Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
7times.az-ın məlumatına görə, söhbət 2002-ci il təvvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan gedir.
18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı bəlli olub. Ailəsi onunla sonuncu dəfə 3 ay əvvəl danışmışdı. Şəhidimiz sabah doğulduğu Xaçmazın Çiləgir kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, İkram Məmmədov hərbi xidmətə 2020-ci ilin iyul ayında çağırılmışdı. O, Qazaxda N saylı hərbi hissənin əsgəri idi.
Xatırladaq ki, şəhidimizin adı ötən gün Müdafiə Nazirliyi tərəfindən yayılan itkin düşmüş hərbçilərimizin siyahısında şəkli olmadan verilmişdi.
Follow @7timesaz