Aktual

“Uçan Kreml”: Putinin təyyarəsi barədə bilinənlər…

“Uçan Kreml”: Putinin təyyarəsi barədə bilinənlər…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Folha de S. Paulo” (Braziliya): Putinin təyyarəsində hərbi  aparatura, nüvə düyməsi və qızılı naxışlar var

“Uçan Kreml” adlandırılan prezident təyyarəsində raketdən müdafiə sistemi, onu radarlar üçün görünməz edən mexanizmlər, xilasetmə kapsulu var, havadan ölkəni hətta müharibə dövründə idarə etmək mümkündür.

Bütün uçuşlarda təyyarəni qırıcılar qrupu müşayiət edir

Zahirən Rusiya təyyarəsinin bortu kommersiya təyyarələrindən az fərqlənir.

Moderator.az xəbər verir ki, bu barədə Braziliyanın “Folfa de S. Paulo” nəşri yazıb.

Müəlliflər xüsusi olaraq qeyd edir ki, daxildə bu, əsl “uçan Kremldir”, oradan elə uçuş zamanı ölkəni idarə etmək mümkündür.

Əgər prezident Vladimir Putinin təyyarəsinə bayırdan baxsan, kommersiya təyyarəsindən fərqi az olacaq. Gözə dəyən təyyarənin ölçüləri, habelə  bortda aviaşirkətin loqotipinin, Rusiyanın rənglərinin və onun bayrağının olmaması olacaq.

Söhbət İl- 96-300PU təyyarəsindən gedir. Bu model əvvəlcə kommersiya modeli kimi layihələşdirilib, lakin onu dünyanın ən güclü dövlətlərindən birinin başçısı üçün modifikasiya ediblər.

Təyyarədə dəri oturacaqlardan tutmuş qorxu törədən  nüvə düyməsinədək hər şey var, bu düymə Rusiya ordusunun malik olduğu güclü nüvə başlıqlarını buraxa bilər. Bundan əlavə, təyyarənin bortu müasir təhlükəsilik sistemi ilə təchiz olunub və bu, şəksizdir.

“Uçan Kreml” adlandırılan bu təyyarə elə təchiz edilib ki, Putin elə uçuş zamanı hətta müharibə dövründə ölkəni idarə edə bilsin.

Təyyarənin seçilməsi

Bu təyyarə Rusiyada sorğu əsasında istehsal edilir.  “PU” hərfləri o deməkdir ki, model prezident təyyarəsinin vəzifələrini icra etmək üçün xüsusi olaraq modifikasiya edilib.

Bu modelin seçilməsində diplomatiya mühüm rol oynayıb: bu, təkcə Vətən istehsalçısının qüruru deyil, həm də müəyyən eksklüzivlikdir.

Məsələ bundadır ki, “CH- Aviation” saytına görə, hazırda dünyada cəmi beş belə təyyarə var, onlardan yalnız biri Kubada kommersiya məqsədləri üçün istifadə edilir.

Təyyarə öz ilk uçuşunu 1998- ci ildə edib və o zamandan  aviaşirkətlər üçün problem olan Rusiyanın Hərbi-Hava Qüvvələri üçün üstünlük təşkil edib.

İl- 96 təyyarəsinin dörd turbini var, ona görə də ona xidmət göstərilməsi və yanacaqla doldurulması xeyli bahadır. Digər tərəfdən, bu, təkcə avtonomluğu deyil, həm də təhlükəsizliyi təmin edir (onu təcili hallarda cəmi iki işlək mühərriklə eniş etmək mümkündür).

Kommersiya versiyasında avtonom uçuş təxminən tam yükləmədə (300 sərnişin) 12 km təşkil edir. Bortda adamların sayı az olduqda və daha çox yanacaq doldurmanı təmin edən modifikasiyalarda prezident təyyarəsi havada əlavə yanacaq doldurmadan daha çox zaman keçirə bilər.

Putinin təyyarəsində elə də çox adam olmayıb, ona görə də onun içərisinin necə olmasını bilmək praktiki olaraq mümkün deyil. Bu da əgər daimi olaraq onun təkmilləşməsini və modifikasiya olunmasını nəzərə almasaq.

Geniş ictimaiyyətə məlum olan yeganə şey girişə yaxın yerdir, bu da ənənəvi olan dövlət başçılarının təyyarəyə minməsi və təyyarədən düşməsi mərasimlərinin sayəsində mümkün olur.

Bu zonanın hətta fotolarından görmək olar ki, o, müntəzəm olaraq dəyişilir, bəzi təsvirlərdə taxtadan qızılı naxışlar, digərlərində hər şey tamamilə ağ rəngdədir.

Fotolardan da görünür ki, prezident təyyarəsi bahalıdır və zərurət olduqda (məsələn, müharibə zamanı) havada uzun müddətə yaşamağa yararlıdır.

Orada Rusiyanın rəmzləri olan iclas zalları, dəri kreslolar və qızıl rakovinli vanna otağı var. Neoklassik stildə yaradılan şəraitin müəllifi Rusiya rəssamı İlya Qlazunovun oğlu, ölkənin ən hörmətli rəssamlarından biri, Rusiya Rəssamlıq Akademiyasının rektoru İvan Qlazunovdur.

Nəhəng otaqla yanaşı, Putinin sərəncamında trenajor zalı da var.

Təyyarənin dəyəri bəlli deyil. “Simple Flaying” ixtisaslaşdırılmış portalın və Amerikanın “Newsweek” jurnalının məlumatlarına görə, söhbət 504 milyon dollardan gedir. Lakin interyerə və xüsusilə təhlükəsizlik sisteminə nə qədər xərc çəkilməsini demək mümkün deyil.

Kreml, gözlənilən kimi, təyyarənin detalları barədə məlumat vermir. Bu təyyarədə Rusiyanın ən vacib adamı uçur, bütün dünyada da bu, belədir.

Belə əfsanə dolaşır ki, hər səfərə iki eyni təyyarə hazırlanır və hansında uçmağı Putin təyyarəyə minməzdən öncə özü seçim edir. Havaya hər iki bort qalxır, birində yüksək vəzifəli sərnişin uçur, digəri isə düşməni çaşdırmaq və zərurət yarandıqda birincini əvəz etmək üçün lazımdır.

Putinin keşmiş pilotu Konstantin Tereşşenko “Rossiyskaya qazeta”ya danışıb ki, bortda lazım gələrsə təyyarəni tam olaraq söküb yığmağı bacaran texniklər komandası var.

Dəqiq bilinən odur ki, prezidentin sərəncamında elə aparat var ki, ona ölkəni idarə etməyə və hətta gücü əvvəllər görmədiyimiz gücdən çox olan bir cüt raketləri buraxmağa imkan verən nüvə düyməsi var.

Bundan başqa, elə mexanizmlər var ki, təyyarəni radarlar üçün görünməz edir, raketdən mühafizə sistemləri, habelə əvvəlcədən deyilənlər işləmədiyi hal üçün xilasetmə kapsulu var.

İstənilən uçuşda, hətta Rusiyanın hava məkanında təyyarəni qırıcılar qrupu müşayiət edir.