Bu dünyada məzlumun haqqını yeyən heç kim Allahın ədalətindən qaça bilməyib.Allah məzlumun haqqını yeyənləri gecdə olasa həmeşə qan qusdurur.Acı səslənən sözlərimdən heç kəs inciməsin, düz söz çox acı olur! Ata yurdları erməni vandalları tərəfindən viran qalmış soydaşlarımızın qəpik,qəpik toplayıb bir qarnı ac, bir qarnı tox qurduqları fermer təsərüffatının bu gün dövlət məmurları tərəfindən dağıdılması heç də dövlətimizin bu istiqamətdə apardığı siyasətə uyğun gəlmir.
Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir”.Vətəndaşlara hər yerdə hörmət, dövlət qurumları tərəfindən normal rəftar tələb edən ölkə başçısı məmurlara son xəbərdarlığını etsədə əfsuslar olsun ki, Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov isə Prezidentin bu tapşırığına məhəl qoymur.
Bu haqda 7Times.az saytına KalvaTəhməz Kəndli Fermer Təsərüffatinın rəhbəri Təhməzov Fazil Abdüləli oğlu tərəfindən müraciət edilib.
Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ sənədlərə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Amma Lək kənd bələdiyyəsinin sədri Nazir Şükürov isə şəxsi mənfəət əldə etmək məqsədilə örüş, otlaq sahələrini işbazlara satmaqla məşğuldur.
Nazir Şükürov
Ucar rayonun Lək bələdiyyəsinin sədri 20 il Kəlbəcər köçkün ailəsinin istifadəsində olan örüş, otlaq sahələrini rüşvət müqabilində Mürsəlov Vüqar adlı bir şəxsə satıb.Halbuki, bütün Lək kənd sakinləri eləcə də Ucarın icra hakimiyyətinin başçıları olmuşlar yaxşı bilirdilər ki, Kəlbəcər köçkünləri bu ərazidə uzun illərdir ki,öz mal-heyvanlarını saxlayırlar.
Ancaq bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb etməsinə baxmayaraq Ucar rayonunda bəzi nanikor məmurlar fermer Fazil Təhməzova deyirlər ki, Kəlbəcər işğaldan azad edilib,çıx get vətəninə.Bu ərazilərdə daha siz mal-heyvan saxlaya bilmərsiniz.Axı başı torpaq talanına qarışmış olan Ucarın bəzi “kəmsavad” məmurları hardan bilsinlər ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb?”.30 il torpaq həsrəti çəkmiş olan Fazil bəydə bir gün at belində mal-qarası qabağında öz dədə-baba yurduna dönəcəyi günü səbirsizliklə gözləyir.
Lək kənd Bələdiyyəsinin sədri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi istifadədə olan örüş, otlaq sahələrini şumlatmaqla məşğuldur.Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə örüş, otlaq sahələrində əkin aparmaq qəti qadağandır.Məsələ ilə bağlı fermer dəfələrlə Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun qəbulunda olsada heç bir rəsmi tədbir görūlməmişdir.
Sonda məcburiyyət qarşısında qalan KalvaTəhməz Kəndli Fermer Təsərüffatinın sahibi Fazil Təhməzov mətbuat vasitəsi ilə Müzəffər Ali Baş komandandan ona göməkdarlıq etməsini xahiş edir.
Redaksiya olaraq maraqlı tərəflərin də mövqeyini paylaşa bilərik.