“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nant”la oyun öncəsi mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssis əvvəlcə şəhidlərə rəhmət diləyib, daha sonra UEFA Avropa Liqasının qrup mərhələsinin II turu üzrə keçirəcəkləri matçdan söz açıb:
“Danışmaq və fikir bildirmək üçün asan gün deyil. Şəhidlərimiz var. Sərhəddə döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət etsin. Allah onların ailələrinə səbr versin. Oyuna gəlincə, rəqibi yaxından analiz etmişik. “Nant” aqresiv, aktiv oynayan komandadır. Hücum etməyi xoşlayırlar. Bu komandaya qarşı ancaq yaxşı futbol oynamağımız lazımdır, çəkinməməliyik. Futbolçularımın bunu bacaracağına inanıram”.
Q.Qurbanov oyundan öncə bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət etdiklərini deyib: “UEFA-ya müraciət etmişik, sabah bir cavab bildirəcəklər”.
Qeyd edək ki, “Qarabağ” – “Nant” matçı sentyabrın 15-də saat 20:45-də başlayacaq.
Follow @7timesaz