Dünya

Ukrayna F-16-ları bu il əldə edə bilməyəcək

Ukrayna F-16-ları bu il əldə edə bilməyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna 2023-cü ilin payız və ya qışında ABŞ-nin F-16 qırıcılarını, yəqin ki, əldə etməyəcək.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının müşaviri Yuri İqnat “Rada”nın telemarafonunda bildirib.

O vurğulayıb ki, bu qırıcıların tez bir zamanda çatdırılmasına “böyük ümidlər” bəslənilib.

“Sözsüz, təəssüf ki, bizim artıq payız və qış boyu F-16 təyyarələri ilə Ukraynanı qoruya bilməyəcəyimiz bəllidir. Bu təyyarəyə böyük ümidlər var idi ki, o, həqiqətən də hava hücumundan müdafiə sisteminin bir hissəsi ola və Rusiyanın raket və dron hücumlarından müdafiə olunmağa kömək edə bilər”, – İqnat qeyd edib.

Onun sözlərinə görə, bu qırıcıları idarə etmək üçün ukraynalı pilotların hazırlanmasına yaxın vaxtlarda başlanacaq, çünki bu “məsələdə irəliləyiş var”. Onların təlim keçməsinə icazə bu yaxınlarda Vaşinqton tərəfindən verilib.

Xatırladaq ki, daha öncə Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba F-16 qırıcılarının 2024-cü ilin birinci rübünün sonunadək Ukraynada ola biləcəyini demişdi.