Dünya

Ukrayna ilə bağlı gizli danışıqlar – Conson Venesuelada nəyi müzakirə etdi?

Ukrayna ilə bağlı gizli danışıqlar – Conson Venesuelada nəyi müzakirə etdi?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson fevral ayında gizli şəkildə Venesuelaya uçub.

7Times.az  xəbər verir ki, bu barədə “The Times” mənbələrə istinadən yazır.

Qeyd olunur ki, Conson prezident Nikolas Maduro ilə danışıqlar aparmaq üçün Venesuelaya gəlib.

Nəşrin məlumatına görə, danışıqların mövzusu Ukraynadakı vəziyyət olub. Görüş Qərbdə Venesuelanın Rusiyaya mümkün silah tədarükü, eləcə də digər yardımların göstərilməsi ilə bağlı narahatlıq fonunda baş tutub. Bundan əlavə, siyasətçilər London və Karakas arasında münasibətlərin normallaşdırılmasını, o cümlədən ilin ikinci yarısında Venesuelada prezident seçkilərinin keçirilməsini və respublikanın ərazi mübahisəsinin hökm sürdüyü Qayana ilə bağlı vəziyyəti müzakirə ediblər.

Qeyd olunur ki, Conson ailəsi ilə birlikdə tətildə olduğu Dominikan Respublikasından şəxsi təyyarə ilə Venesuelaya uçub və burada 24 saatdan az vaxt keçirib.

Qəzet yazır ki, keçmiş baş nazir səfərlə bağlı yalnız hazırkı xarici işlər naziri Devid Kemeronu xəbərdar edib.

 

KONKRET.az